Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müvafiq qurumların məsuliyyətsizliyi Bakıda ağır qəzaya səbəb oldu

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əhmədli qəsəbəsi istiqamətində hərəkət edən 90-PE-240 dövlət nömrə nişanlı minik avtomobili Xalqlar Dostluğu körpüsünün altından keçən kimi Qara Qarayev prospektində qazılmış çuxura düşüb

BAKI, 3 aprel — Sputnik. Bakıda yolda təmir işləri aparan qurumların səhvi ucbatından qəza hadisəsi baş verib.

Hadisə Bakının Nizami və Xətai rayonlarının sərhədində gerçəkləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, Əhmədli qəsəbəsi istiqamətində hərəkət edən 90-PE-240 dövlət nömrə nişanlı minik avtomobili Xalqlar Dostluğu körpüsünün altından keçən kimi Qara Qarayev prospektində qazılmış çuxura düşüb.

Maraqlıdır ki, çuxurun ətrafında burada belə maneənin olduğunu göstərən heç bir xəbərdarlıq işarəsi olmayıb.  


Xəbər lenti
0