05:44 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Mobil telefon

Sumqayıt əhalisi panika içərisindədir, polis isə təşvişə ehtiyac görmür

CC0 / StockSnap / телефон
HADİSƏ
Qısa URL
4161 0 0

Yayılan məlumatlara görə, seksual manyak məktəblərdəki azyaşlı oğlanları aldadaraq kimsəsiz yerə aparır və onlara qarşı seksual hərəkətlər edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Sumqayıt əhalisi panika içindədir. Belə ki, şübhəli kişi məktəblərin həyətində dolaşır. Aşağı sinif şagirdlərinin valideynləri sosial şəbəkələrdə və mobil tətbiqlərdə belə bir məlumat yayırlar ki, şəhərdə seksual manyak — pedofil dolaşır.

Eyni zamanda, Sumqayıt şəhər 28 saylı məktəbin pedaqoqu, 10-cu mikrorayonda yerləşən 24 saylı məktəbin arxa həyətindəki müşahidə kamerasının qeydə aldığı video-kadrları yayıb. Həmin video-kadrlar Sputnik Azərbaycan-ın müxbirinə qədər gəlib çatıb.

Məlumata görə, videonu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından biri paylaşıb. Kamera orta yaşlı, ədəb-ərkanla geyinmiş, məktəbin arxa həyətində şübhəli şəkildə dolaşan kişini qeydə alıb. Kişinin hərəkətləri adamda elə təsəvvür yaradır ki, o, nəsə axtarır.

Bir sıra məlumatlara görə, təcavüzkar olduğu şübhə doğuran bu şəxs azyaşlı oğlanları izləyir, onları ovsunlayır, aldadaraq heç kəsin olmadığı yerə aparır və orada onlara qarşı seksual xarakterli hərəkətlər edir.

Pedaqoq valideynlərdən xahiş edir ki, uşaqlarına qarşı diqqətli olsunlar, onları maksimum nəzarət altında saxlasınlar və onlara təhlükəsizlik tədbirləri görməyi, mümkün təcavüzdən necə xilas olmağın yollarını öyrətsinlər.

Sumqayıt Şəhər Polis İdarəsindən (SŞPİ) isə, valideynlərin panikasına səbəb olan məsələni biləndən sonra bildirilib ki, narahatçılığa heç bir əsas yoxdur. Çünki son zamanlar onlara azyaşlıların təcavüzə məruz qalması barədə hər hansı müraciət daxil olmayıb.

"Uşaqlara həmişə və hər yerdə nəzarət etmək lazımdır. Lakin məsələ ondadır ki, həddi-buluğa çatmamış uşaqlara qarşı seksual xarakterli hərəkətlər edildiyi barədə polisə heç bir məlumat daxil olmayıb. Kişinin məktəbin həyətində nəsə axtarması isə o demək deyil ki, həmin adam manyakdır" — deyə SŞPİ-nin məsul əməkdaşı Sputnik Azərbaycan-a bildirib.

Polisin sözlərinə görə, onlar videokamera ilə bağlı məsələni araşdırıblar və informasiyanın doğru olmadığını müəyyən ediblər. Bununla belə, polis məsələni nəzarətdə saxlayacaqlarını qeyd edib.

Maraqlıdır ki, şəhər sakinləri sözügedən videonun çəkildiyi yerlə bağlı vahid fikir bildirməyiblər. Onların hərəsi ayrı-ayrı məktəblərin adını çəkiblər.

Əlaqədar

Manyakın əlindən qurtulmaq istədi, özünü binadan atdı
Azərbaycanlı "seksual manyaklar" ələ keçdilər
Pedofilə 18 il cəza kəsildi: Uşaqları 51 dəfə zorlayıb...
Çoxuşaqlı pedofil ata azadlıqdan məhrum edildi
Mingəçevirdəki narkoman həm də pedofil imiş
Teqlər:
SŞPİ, Sumqayıt Şəhər Polis İdarəsi, seksual manyak, sinif, video, azyaşlı, panika, valideyn, oğlan, pedofil, kişi, şagird, məktəb, əhali, kamera, Sumqayıt, təcavüz, məlumat, uşaq

Əsas mövzular