22:13 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Quduz it

Quduz itlər rayon sakinlərinə divan tutur - Yenə fəlakət

CC BY 2.0 / Heather Paul / Savage MacKenna
HADİSƏ
Qısa URL
169 0 0

Xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Şəkidə sahibsiz it məktəbliyə hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qoxmux kəndində baş verib.

Kənd sakini Əsgər Məmmədov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 11 yaşlı uşağa hücum edən sahibsiz it onun sol ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəyə lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, analoji hadisə Şəki və ətraf kəndlərdə tez-tez baş verir. Rayon sakinləri belə hadisələrin baş verməməsi üçün sahibsiz itlərin küçələrdən yığışdırmalarını tələb edirlər. Gecə-gündüz sərbəst gəzən sahibsiz itlər böyüklər və azyaşlılar üçün ciddi təhlükə mənbəyi hesab olunur.

Əlaqədar

Sahibsiz it daha bir uşağı parçaladı
Böyük müəmma: dənizdə sahibsiz borular aşkarlandı
Sahibsiz heyvanlarla bağlı həyəcan təbili çalındı
Sahibsiz tikilidən boylanan on bir adam
Teqlər:
Əsgər Məmmədov, sahibsiz it, Şəki Mərkəzi Rayon Xəstəxanası, məktəbli, sakin, Şəki, uşaq

Əsas mövzular