Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda dəhşət: Kürəkən qayınatasını mişarla doğradı

© Sputnik / Ilham AhmadovQəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsi
Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şəxsi münasibətlər zəminində baş verib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Oğuzda faciəvi hadisə baş verib. Hadisə dünən günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə kürəkəni, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S.Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Öncə Oğuz Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilən T.İmanov vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Şəki MRX-dan verilən məlumata görə, T.İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş, daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0