22:58 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb

Azərbaycanda güclü külək insan ölümünə səbəb oldu

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
95110

Qovaq ağacının sınan budağı çörək bişirən qadının üzərinə düşüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Güclü külək Beyləqanda ölümlə nəticələnən hadisəyə səbəb olub. Hadisə martın 30-da güclü külək əsən zaman Beyləqan rayonunun Aşıqalılar kəndində  baş verib. Bu barədə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının  Aşıqalılar kənd İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi Amil Məmmədov Sputnik Azərbaycan-a bildirib. 

"Güclü küləyin yaratdığı təzyiqə tab gətirməyən böyük qovaq ağacının budağı sınaraq, həmin vaxt çörək bişirən Aşıqalılar kənd sakini 38 yaşlı altı uşaq anası Nəzərova Nəzakət Sədulla qızının üzərinə düşüb. Nəticədə Nəzakət Nəzərova həyatını itirib" — Məmmədov deyib. 

Qeyd edək ki, Nəzakət Nəzərova Beyləqan rayonunun Aşıqalılar kəndinə Saatlı rayonundan gəlin gəlib.

Əlaqədar

Hava xəbərdarlığı: Yağış, külək, qar
Əhaliyə xəbərdarlıq - Külək əsəcək, yağış yağacaq, dolu düşəcək
Faktiki hava şəraiti açıqlandı: Yağış, qar, güclü külək
Duman, külək, bulud - Hava xəbərdarlığı

Əsas mövzular