Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı uşaqlar faciənin bir addımlığında: Əgər vaxtında...

CC0 / GooKingSword / grenadeƏl qumbarası, arxiv şəkli
Əl qumbarası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib

BAKI, 29 mart — Sputnik. Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, nəticədə iki ədəd F-1 əl qumbarası aşkar olunub.

Qumbaralar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbər lenti
0