17:00 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Seyf, arxiv şəkli

Bakıda evinə qayıdan sakin gördüyü mənzərədən şoka düşüb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
282 0 0

Oğrular evə pəncərədən giriblər, içində qızıl və pul olan seyfi aparıblar

Ramella İbarhimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Bakının Səbail rayonunda içində pul və qızıl olan seyf oğurlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət 24-26 mart tarixlərində Badamdar qəsəbəsində baş verib. Həmin dövr ərzində Ağayev küçəsində yerləşən evin sahibi İsmayılov Sərxan Mais oğlu evdə olmayıb. Evə qayıdanda isə gördüyü mənzərədən şoka düşüb. O, pəncərənin qırıldığını, seyfin aparıldığını görüb. Bu barədə dərhal polisə xəbər verib.

Məlum olub ki, oğrular evə pəncərədən daxil olub. Onlar 60X70 santimetr ölçüdə olan seyfi oğurlayıblar. Həmin seyfin içində 2 min 500 ABŞ dolları və 3 min manat dəyərində qızıl-zinət əşyaları olub.

Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik seyf oğrularının izinə düşməyib. Lakin bu istiqamətdə iş davam edir.

Qeyd edək ki, martın 1-dən 27-dək Bakı şəhərində hüquq-mühafizə orqanlarında 900-dək dövlət və şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan yalnız 130-nun üstü "isti izlərlə" açılıb.

Əlaqədar

Azərbaycanlı "qanuni oğrular"ın Rusiyadakı var-dövləti milyardlarla ölçülür
Şamaxıda oğrular qəbir daşına belə göz dikdilər...
Bakıda qəribə oğurluq baş verib: Oğrular üçün müqəddəs heç nə qalmayıb
“Qanuni oğrular”ın Bakı döyüşü

Əsas mövzular