Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda məktəbli oğlan müəmmalı şəraitdə itkin düşüb

Abunə olmaq
Bilal Nağıyev rayonun İsmayıllı kəndində yerləşən evlərindən məktəbdəki hazırlıq məşğələsində iştirak etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb

BAKI, 28 mart — Sputnik. İsmayıllı rayonunda 18 yaşlı məktəbli müəmmalı şəraitdə itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

© © Foto Nağıyevlər ailəsinin arxivindəndirBilal Nağıyev
Bilal Nağıyev - Sputnik Azərbaycan
Bilal Nağıyev

Belə ki, martın 27-də 2000-ci il təvəllüdlü Bilal Nağıyev rayonun İsmayıllı kəndində yerləşən evlərindən məktəbdəki hazırlıq məşğələsində iştirak etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən oğlanın əsas əlamətləri bunlardır: boyu 180 santimetr, arıq bədənli, sifətinin sağ tərəfində çapıq var. İtkin düşdüyü gün onun əynində qırmızı jaket, mavi rəngdə qolsuz gödəkçə və qara cins şalvar olub.

İtkin düşmüş bu məktəbli barədə məlumatı olanlardan İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ilə əlaqə saxlayaraq xəbər vermələri xahiş olunur. 

Xəbər lenti
0