Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nəsimi rayonunda nə baş verir?

© Sputnik / Shahperi AbbasovaEkologiya və Təbii sərvətlər nazirliyi
Ekologiya və Təbii sərvətlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə keçirilən baxış zamanı sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı məlum olub

BAKI, 28 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı məlumat daxil olub. ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumat nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı sözügən ünvanda 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu məlum olub. Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

Xəbər lenti
0