Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbul metrosunda Bakı metrosundakı faciənin oxşarı baş verdi

© AFP 2023 / Brendan SmialowskiEskalator
Eskalator - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət sonra eskalator hərəkət edir və bir neçə saniyə ərzində eskalatorda pilləkənlər itir

BAKI, 27 mart — Sputnik. İstanbul metrosunda baş vermiş qəza anının görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə "Ayazağa" metro stansiyasında baş verib.

Belə ki, videogörüntülərdən görünür ki, sərnişin aşağı düşmək üçün eskalatora minir. Bir müddət sonra eskalator hərəkət edir və bir neçə saniyə ərzində eskalatorda pilləkənlər itir.

Bunun ardınca eskalatordakı insanlar yıxılır. Bir kişi eskalatorun kənarından tutmağa çalışsa da, müvazinətini itirib mexanizmin içinə düşür. Xilasetmə əməliyyatı bir saata yaxın davam edir. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb. Həyatı təhülkəsinin olmadığı bildirilir.

KİV-in məlumatına görə, eskalatorun işləməməsi ilə bağlı onun qarşısına xəbərdarlıq nişanı qoyulsa da, sərnişinlər buna əhəmiyyət verməyib.

Xatırladaq ki, bir neçə il öncə oxşar qəza Bakı metrosunda baş vermişdi. Hadisə nəticəsində bir nəfər həlak olmuşdu.

Xəbər lenti
0