12:52 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısı alınıb

Bakıda brilyant əməliyyatı keçirilib

© Foto : DGK Mətbuat Xidməti
HADİSƏ
Qısa URL
183 0 0

Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanılıb

BAKI, 27 mart — Sputnik. Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar. Sputnik Azərbaycan bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçib nəzarət zonasını tərk edərkən saxlanılıb.

Ondan baqajında, əl yükündə və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Bundan sonra vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşın üzərindən 17 ədəd kiçik ölçülü polietilen paketlərdə cəmi 571 ədəd müxtəlif həcmli qaşlar aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır.

Əlaqədar

Dövlət Gömrük Komitəsinin səlahiyyəti əlindən alındı
İşlənmiş təkərlərə də yeni gömrük rüsumu tətbiq edilir
Gömrüklə bağlı tələb sərtləşdirildi, güzəşt ləğv edildi
Gömrük Komitəsi 14 ayın videosuna münasibət bildirdi - VİDEO
Teqlər:
brilyant, gömrük, vətəndaş, Azərbaycan

Əsas mövzular