Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəzada iki nəfər öldü

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzada Adəm Adıgözəlov və Murad Həşimov ölüb

BAKI, 20 mart — Sputnik. Dünən axşam 22.30 radələrində Şəkinin Küngüt kəndi ərazisində ağır avtomobil qəzası baş verib. 

Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, qəza zamanı avtomobil  ağaca çırpılıb. Qəzaya yüksək sürət səbəb olub. Qəza zamanı avtomobildə olan 5 nəfərdən ikisi yerindəcə ölüb. Üçü isə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Məlumata görə, qəzada Adəm Adıgözəlov və Murad Həşimov ölüb. 1966-cı il təvəllüdlü Adamov Yalçın Rəsul oğlu, 1989-cu il təvəllüdlü Cəmilov Pərviz Rizvan oğlu və 1982-ci il təvəllüdlü Mustafayev Allahverdi Vilayət oğlu isə xəsarət alıblar.

Xəbər lenti
0