Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir milyon dollarlıq oğurluq edən azərbaycanlılar ələ keçdilər

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada zərgərlik mağazasına basqın edərək 1 milyon dollara yaxın oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub

BAKI, 18 mart — Sputnik. Rusiya paytaxtının şimalında zərgərlik dükanına basqın etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. 

Xatırladaq ki, martın 15-də axşam saatlarında naməlum şəxslər Moskvanın Leninqrad prospekti 69 ünvanında yerləşən zərgərlik dükanını soyublar. Mağazadakıları hədələyən quldurlar 50 milyon rubl (təxminən 1 mln dollar) dəyərində daş-qaş aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə saxlanılan soyğunçuların Azərbaycan vətəndaşları olduğunu bildirib.

"Hazırda iki nəfər Azərbaycan vətəndaşı bu işlə bağlı saxlanılıb. Dəstənin digər üzvləri axtarılır" — mənbə qeyd edib.

Xəbər lenti
0