Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metroda Lerik sakininin telefonunu oğurlayan şəxs ələ keçdi

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Metroda cibgirliklə məşğul olan keçmiş məhkum tutulub

BAKI, 17 mart — Sputnik. Lerik rayon sakini F.Məmmədzadə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0