23:46 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Cərimə

Bakıda reyd keçirildi, bir nəfərə 800 manat cərimə yazıldı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
559 0 0

Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib

BAKI, 13 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Əlaqədar

Aktrisa ətraf mühitin qorunmasına belə töhfə verdi
Ətraf mühitin monitorinqi təkmilləşdirilir
Ətraf mühiti çirkləndirənlərə qarşı cərimə tərtib olundu
Teqlər:
cərimə, reyd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular