Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda jurnalist saxlanılıb

© Sputnik / Rahim MuradovLənkəran Rayon Şöbəsi
Lənkəran Rayon Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
O, xəstəxanada çəkiliş apararkən tutulub

BAKI, 13 mart — Sputnik. "Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda saxlanılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, o, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən tutulub.

Əflatun Amaşovun Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
MŞ sədri həbsdə olan jurnalistlərdən danışdı

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

Mərhumun yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".

© Sputnik / Rahim MuradovElvin Əkbərovun vəsiqəsi
Elvin Əkbərovun vəsiqəsi - Sputnik Azərbaycan
Elvin Əkbərovun vəsiqəsi

Xəbər lenti
0