13:13 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Lənkəran Rayon Şöbəsi

Azərbaycanda jurnalist saxlanılıb

© Sputnik / Rahim Zakiroğlu
HADİSƏ
Qısa URL
282 0 0

O, xəstəxanada çəkiliş apararkən tutulub

BAKI, 13 mart — Sputnik. "Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda saxlanılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, o, Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən tutulub.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

Mərhumun yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".

Elvin Əkbərovun vəsiqəsi
© Sputnik / Rahim Zakiroğlu
Elvin Əkbərovun vəsiqəsi

Əlaqədar

Türkiyə-Yunanıstan sərhədində olay: İki jurnalist tutuldu
Jurnalistin ölümü ilə bağlı rəsmi məlumat yayıldı
Keçmiş nazir: "Bu, jurnalist dələduzluğudur"
Teqlər:
Elvin Habil oğlu Ələkbərov, "Xəzər" televiziyası, Lənkəran, xəstəxana

Əsas mövzular