Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda taksi avtomobili yanaraq yararsız hala düşdü

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ziya Bünyadov prospektində minik maşını yanıb

BAKI, 13 mart — Sputnik. Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı minik avtomobili yanıb.

“Report” xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" dövlət qeydiyyat nişanlı maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb.

Xəbər lenti
0