Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sirkə turşusu içərək intihara cəhd etdi

© Sputnik / Rahim MuradovLənkəran rayon mərkəzi xəstəxanası
Lənkəran rayon mərkəzi xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Fakt üzrə araşdırma davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib. 

Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Lənkəran rayonunun Darquba kəndində 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı atası evində sirkə turşusu içərək intihar etmək istəyib. Hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Z.Abbasova həyat yoldaşı ilə telefonla danışan zaman mübahisə ediblər və sonra intihara əl atıb. Zülfiyyə Abbasovanı yaxınları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada 30 yaşlı qadını dərhal reanimasiya şöbəsinə yerləşdiriblər, onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt üzrə araşdırma davam etdirilir. 

Xəbər lenti
0