06:00 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
187 0 0

İran İslam Respublikası əra­zi­sindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub

BAKI, 8 mart — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Sputnik Azərbaycan-a DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası əra­zi­sindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaq-doldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılıb və onun 1990-cı il təvəl­lüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib.

Tahir Əli Əbdülsalam oğ­lu
© Photo : DSK
Tahir Əli Əbdülsalam oğ­lu

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respubli­ka­sı­nın, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Azərbaycan sərhədini pozan belçikalı erməni axtarışa verildi
Sərhəddən keçən şəxsin qarnında elə şey tapıldı ki...
Azərbaycan sərhədində külli miqdarda valyuta tutuldu - VİDEO
İran sərhədindən başlayan narkotik əməliyyatı paytaxtadək uzanıb
Teqlər:
Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu, DSX, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası

Əsas mövzular