19:30 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Lənkəran rayon mərkəzi xəstəxanası

Beş nəfər dəm qazından zəhərləndi, biri uşaqdır

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
334 0 0

Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı, 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Lənkəranda beş nəfər dəm qazından zəhərlənib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonda 2 zəhərlənmə hadisəsi qeydə alınıb. Belə ki, bir dəm qazından zəhərlənmə şəhərin Füzuli keçəsində baş verib. Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Kazımzadə Elmira qızı, 2002-ci il təvəllüdlü Kazımzadə Sevinclə hamamda çimərkən dəm qazından zəhərləniblər. Dərhal onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Dəm qazından zəhərlənən ana və qızı ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Kazımzadə və S.Kazımzadənin vəziyyəti kafi olaraq dəyərləndirilir. 

Digər dəm qazından zəhərlənmə hadisəsi isə Lənkəran rayonunun Balıqçılar qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə isə biri uşaq olmaqla 3 nəfər zəhərlənib. Belə ki, Sadıqova Tünzalə, Sadıqova Təxminə və onun qızı 2012-ci il təvəllüdlü Sadıqova Yaqut evlərində dəm qazından zəhərləniblər. Hər 3 şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hər iki zəhərlənmə faktı araşdırılır.


Əlaqədar

Nişanlı qız dəm qazından boğularaq öldü
Azərbaycanda faciə: bir evdə beş nəfər dəm qazından boğuldu
İşıq və qazın qiyməti yenidən dəyişdi

Əsas mövzular