Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı polisi Yaşar Məmmədovu öldürəni axtarır

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb

BAKI, 4 mart — Sputnik. Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

Xəbər lenti
0