Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu rayonumuzda elə bir faciə yaşandı ki...

© Photo : Nicat IsmailovZaqatala
Zaqatala - Sputnik Azərbaycan
Abunə olmaq
Boğulan uşağı yaxınları təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Zaqatala rayonunun Muxax kəndində arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Hafiz Məmmədov yelləncək düzəltmək məqsədi ilə çardaqdan ip asıb. Sonra halqa şəkildə olan kəndirə oturaraq yellənərkən kəndir onun boğazına dolaşıb.

© Photo : Ailənin şəxsi arxivindənHafiz Məmmədov
Hafiz Məmmədov  - Sputnik Azərbaycan
Hafiz Məmmədov

Hadisə nəticəsində boğulan uşağı yaxınları təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti
0