07:49 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Prezident hadisə yerində

Prezident Bakıda yaşanan dəhşətli olayla bağlı təcili göstəriş verdi

© Official web-site of President of Azerbaijan Republic
HADİSƏ
Qısa URL
Respublika Narkoloji mərkəzində yanğın (18)
890 0 0

Dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görməyi tapşırıb

BAKI, 2 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görməyi tapşırıb.

Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub
© Official web-site of President of Azerbaijan Republic

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.

Respublika Baş Prokurorluğunun, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına əsasən, yanğın martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

Mövzu:
Respublika Narkoloji mərkəzində yanğın (18)

Əlaqədar

Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO
Narkoloji Mərkəzdə baş verən faciə ilə bağlı daha bir üzücü xəbər
Yanğın zamanı 200 nəfər ölümdən xilas edilib
İlham Əliyev hadisə yerinə gedib - Təcili
Narkoloji Mərkəzdə baş vermiş yanğında 24 nəfər ölüb - Rəsmi
Teqlər:
Respublika Narkoloji Mərkəzi, Bakı şəhəri, Xətai rayonu, İlham Əliyev, dövlət başçısı, Azərbaycan, prezident, yanğın

Əsas mövzular