Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əvvəl arvadını öldürdü, sonra özü intihar etdi

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daşkəsəndə arvadını öldürən şəxs intihar edib

BAKI, 26 fevral — Sputnik. Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib hadisə yerindən qaçan şəxs intihar edib.

"Report"un məlumatına görə, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Xəbər lenti
0