Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda zavodda partlayış oldu, xəsarət alanlar var

Abunə olmaq
Mingəçevirdə zavodda partlayış olub, xəsarət alanlar var

BAKI, 26 fevral — Sputnik. Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.

"Report"un xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.  

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları — 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbər lenti
0