Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşanan təhlükənin anbaan görüntüsü

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobus sürücü həm sərnişinlərin, həm də sürücülərin həyatını təhlükəyə atıb

BAKI, 26 fevral — Sputnik. Sosial şəbəkələrdə avtobus sürücülərinin qayda pozuntularını əks etdirən videogörüntülər tez-tez paylaşılır. Bu gün daha bir kobud qayda pozuntusu törədən avtobus sürücüsünün videosu sosial şəbəkələrdə yer alıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Belə ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Yasamal rayonu ərazisində — Məhəmməd Xiyabani və Şərifzadə küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verib. Məhəmməd Xiyabani küçəsi ilə hərəkət edən avtobus nəqliyyatın hərkətinin sıx vaxtında qarşı hərəkət zolağına çıxıb və işıqforun qırmızı işığına məhəl qoymadan Şərifzadə küçəsinə dönüb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev yayılan video ilə bağlı araşdırma apardıqlarını bildirib.

Xəbər lenti
0