08:55 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
120 0 0

Yanıq xəsarətləri almış şəxslər xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır

BAKI, 20 fevral — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 19-u saat 02.00 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib.

Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları — Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Qeyd edək ki, yanğın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Buynuz kəndindəki villasının həyətində gözətçi üçün tikilmiş evdə baş verib.

Əlaqədar

Ziya Məmmədovun müavininin qardaşı yeni vəzifəyə təyin olundu
Cavid Qurbanov Ziya Məmmədovun yerinə gəldi
Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı
Teqlər:
Buynuz kəndi, İsmayıllı, Ziya Məmmədov, villa, DİN, Daxili İşlər Nazirliyi, yanğın

Əsas mövzular