Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

© Sputnik / Azamat AralbayevQırğızıstan baş nazirinin müavini Temir Jumakadırov qol qəzasında həlak olub
Qırğızıstan baş nazirinin müavini Temir Jumakadırov qol qəzasında həlak olub - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar aparılır

BAKI, 18 fevral — Sputnik. Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KAMAZ” markalı avtomaşın toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. 

Ölən üç nəfərdən biri "VAZ 2106"nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyevdir. Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyev isə xəsarət alıblar. 

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. 

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0