Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəran sakini özünü tövlədə asdı

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəranda 31 yaşlı kişi özünü asıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Lənkəranda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, Lənkəran şəhəri Vaqif Hüseynov küçəsi ev 28 ünvanında yaşayan 1987-ci il təvəllüdlü İbrahimov Şahin Nurəddin oğlu həyətyanı sahələrində olan tövlədə özünü asıb.

Bildirək ki, intihar edən şəxs ailəli olub və bir müddət əvvəl övladı dünyaya gəlib. Ş.İbrahimovun özünü asmasının səbəbləri hələlik məlum deyil.

İntihar hadisəsinin araşdırılması davam etdirilir.

Xəbər lenti
0