03:07 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
HADİSƏ
Qısa URL
121611

Bakıda zibil qutusunda qadın bədəninin hissələri tapılıb

BAKI, 16 fevral — Sputnik. Bakı sakinləri bu gün səhər dəhşətli mənzərə ilə üzləşiblər. Onlar zibil qutusunda hissələrə parçalanmış qadın cəsədi aşkarlayıblar.

Qadının parçalanmış cəsədi bu gün səhər Bakının Binəqədi rayonu ərazisindəki 8-ci mikrorayonda tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, sellafon torbaya yığılmış qadın bədəninin hissələri bu gün səhər saat 08:00 radələrində zibil qutusunda aşkarlanıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, rayonun polis və prokurorluq orqanlarının nümayəndələri ora toplaşıb.

İlkin məlumatlara görə, qadın 30-40 yaşlarındadır. Hazırda hüquq mühafizəçiləri qadının şəxsiyyətini araşdırmaqla məşğuldur. Ehtimala görə, qadın mənzillərin birində öldürülüb. Qatil şübhə doğurmamaq üçün meyiti hissələrə ayıraraq torbalara yığıb və zibil qutusuna atıb.

Xatırladaq ki, 2013-cü ilin martında Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin ərazisində qara sellafon torbada qətlə yetirilmiş qızın cəsədinin qalıqları tapılmışdı. O vaxt hissələrə parçalanmış cəsəd zibillikdə aşkarlanmışdı.

Yeri gəlmişkən, üstündən beş il keçməsinə baxmayaraq, həmin cinayətin üstü açılmayıb. Hətta cinayətin qurbanının da şəxsiyyəti müəyyənləşməyib.

Sonuncu qətl hadisəsinə gəlincə, polisin ehtimalına görə, qadın qısqanclıq zəminində öldürülüb.

Əlaqədar

Uşaqları öldü, cəsədini də götürə bilmədilər
Dənizdə naməlum cəsədlər aşkarlandı
Xəzərdə itkin düşmüş ikinci balıqçının cəsədi tapılıb
Şəkilinin cəsədi dostunun evində tapıldı
Ortada çürümüş cəsəd və ucu xaricə gedib çıxan ehtimal var
Teqlər:
zibil qutusu, mənzərə, sakin, Bakı, cəsəd, polis, qadın

Əsas mövzular