Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Vergilər Nazirliyində qalmaqal qopdu, nazir sərt qərar verdi

© Sputnik / Murad OrujovМинистр образования Азербайджана Микаил Джаббаров
Министр образования Азербайджана Микаил Джаббаров - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda vergi əməkdaşları rüşvət alarkən saxlanılıb

BAKI, 16 fevral — Sputnik. Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib. Sputnik Azərbaycan ölkə.az-a istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları — Nurlan Verdiyev və Cavid (soyadı məlum deyil — müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.

Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar. Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

Xəbər lenti
0