Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır yol qəzası baş verib, 2 nəfər ölüb

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub

BAKI, 15 fevral — Sputnik. Bakıda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Qaradağ rayonunda "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Xəbər lenti
0