04:57 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Azərbaycan polisindən qəfil və uğurlu əməliyyat

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
205110

Dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar

BAKI, 14 fevral — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Manat
© Sputnik / Murad Orujov

Həmin məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Əlaqədar

Azərbaycanda saxta pul satan belçikalılara hökm oxunub
Bəxtəvərin saxta pullarını əlindən aldılar
Altı ayda 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb
Teqlər:
daxili işlər orqanları, əməliyyat, Daxili İşlər Nazirliyi, saxta pul, polis

Əsas mövzular