09:14 28 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Zorlama

Yenə zorlama qalmaqalı: Hamamda çimən qız şok yaşadı

CC0 / StockSnap / Girl
HADİSƏ
Qısa URL
779 0 0

Xudat sakini bacısının rəfiqəsinə təcavüz etməyə çalışıb

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Xudat şəhər sakini öz bacısının rəfiqəsinə hamamda təcavüz etmək istəyib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə fevral ayının 6-sı gecə saatlarında, Xudat şəhərindəki fərdi həyət evlərinin birində baş verib.

Adı gizli saxlanılan 25 yaşlı gənc qız hamamda çimərkən 27 yaşlı Tural Vaqif oğlu Şükürov sərxoş halda hamama daxil olub və hamamda çimən gənc qızı zorlamaq istəyib. Qızın haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması oğlanın öz çirkin əməlini həyata keçirməsinə imkan verməyib.

Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qızın özü hamamdan çıxıb qaçan adamı tanıyıblar. Ailə həmin şəxsi yaxalayaraq polis əməkdaşlarına xəbər veriblər. T.Şükürov tutularaq istintaqa cəlb olunub.

Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,149.1 (zorlamaya cəhd) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi əməli etiraf edib. Zorlamaq istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyi üçün bu əmələ əl atdığını söyləyib.

Artıq təqsirləndirilən şəxs qismində Şükürovun barəsində həbs qəti-imkan tədbiri seçilib. Xaçmaz Rayon Prokurorluğundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdiyi bildirilib.

Əlaqədar

Bakıda məktəbdə zorlanan qız damarlarını kəsib
Bakı məktəbindəki zorlama hadisəsi ilə bağlı açıqlama verildi
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu
Bakıda qızı zorlamış şəxslərdən biri saxlanılıb
Teqlər:
Xaçmaz Rayon Prokurorluğu, Tural Vaqif oğlu Şükürov, rəfiqə, Xudat şəhəri, bacı, oğlan, Sputnik Azərbaycan, hamam, ailə, qız, polis, təcavüz

Əsas mövzular