21:58 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
41 0 0

Avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atıblar

BAKI, 13 fevral — Sputnik. "BakuBus" MMC daha bir qanun pozuntusunun videosunu paylaşıb. "BakuBus" MMC-nin mətbuat xidmətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təqdim olunan videogörüntüdə sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsi əks olunur.

Hadisə 08.02.2018-ci il tarixində saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən "BakuBus"a məxsus 99-JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşdığı zaman baş verib.

Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır. Hətta sərnişinlər avtobusun onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.

Əsas mövzular