Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölümlə nəticələnən növbəti avtoqəza baş verdi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Astarada ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, hadisə rayonun Vaqo kəndi ərazisində baş verib. Belə ki, “VAZ-2107” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə də 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri Astaranın Miki kənd sakini 1964-cü il təvəllüdlü  Nəzirov Cabbar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. ”VAZ-2106” markalı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov Rasim isə xəstəxanaya çatdırılsa da xəstəxanada vəfat edib. 

Qəza nəticəsində dünyasını dəyişən Rasim Məmmədov və Nəzirov Cabbarın meyitləri müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib. Xəstəxanadan verilən məlumatda o da bildirilir ki, digər xəsarət alanlar Nəzirov Cəfər bel fəqərəsinin kampletion sınığı diaqnozu ilə Travmatologiya şöbəsinə, Fərziyev Abbas isə çanaq sümüklərinin qapalı sınığı ilə daxil olub. Hər iki xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər lenti
0