Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir jurnalisti itirdik

© Sputnik / Murad OrujovРабочее место журналиста, фото из архива
Рабочее место журналиста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İTV-nin aparıcısı Kamran İsrfailov vəfat edib

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda daha bir jurnalist dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər veri ki, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"-nin əməkdaşı, aparıcı Kamran İsrafilov vəfat edib. Həmkarlarının verdiyi məlumata görə, jurnalist ürək tutmasından ölüb.

© Photo : Facebook / Камран ИсрафиловKamran İsrafilov
Kamran İsrafilov - Sputnik Azərbaycan
Kamran İsrafilov

Qeyd edək ki, Kamran İsrafilov İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissoru olub. 2016-cı ildə Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Xatırladaq ki, K.İsrafilov 1979-cu il təvəllüdlü olub.

Xəbər lenti
0