Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı məktəbində şok: Şagird sinif yoldaşlarını qorxunc xəstəliyə yoluxdururmuş

© Sputnik / Murad OrujovOrta məktəb şagirdləri, arixv şəkli
Orta məktəb şagirdləri, arixv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yuxarı sinif şagirdinin yoldaşlarına narkotik vasitə satdığı barədə məktəbin direktor müavini polisə xəbər verib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb.

Yataqda uzanmış gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Qalmaqal: Şagird məktəbə striptizçi qız çağırıb

Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.

O bildirib ki, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır — red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.

Hazırda Xətai Rayon Pilos İdarəsinin 34-cü bölməsində faktla bağlı araşdırma aparılır. Yeniyetmə hələlik saxlanılmayıb. Hazırda polis məktəblinin psixotrop maddələri haradan, hansı həcmdə əldə etdiyini və onun nə qədərini satdığını araşdırır.

Polis, həmçinin bildirib ki, sözügedən maddə apteklərdə həkim resepti əsasında satılır. Hazırda faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0