Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol polisi piyadaları cərimələməyə başladı

© Sputnik / Irade JELILBakı şəhər DYP piyadalara qarşı reyd keçirib
Bakı şəhər DYP piyadalara qarşı reyd keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Qayda pozan piyadalara qarşı tədbirlər görülür

BAKI, 7 fevral — Sputnik. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hazırda paytaxtda piyadalarla bağlı reyd keçirirlər. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, reydlər "20 yanvar" metrostansiyasının yaxınlığında keçirilir.

Reydlər zamanı qayda pozan, küçəni qadağan olunmuş ərazilərdən keçən, sürücülər və öz həyatları üçün təhlükə yaradan piyadalara cərimə yazılır.

© Sputnik / Irade JELILBakı şəhər DYP piyadalara qarşı reyd keçirib
Bakı şəhər DYP piyadalara qarşı reyd keçirib - Sputnik Azərbaycan
Bakı şəhər DYP piyadalara qarşı reyd keçirib

Qeyd edək ki, son zamanlar paytaxt və bölgələrdə baş verən yol qəzalarının əksəriyyəti piyadaların vurulması ilə bağlıdır. Bununla bağlı DYP intensiv şəkildə piyadalara xəbərdarlıq etməklə yanaşı, müxtəlif maarifləndirmə tədbirləri də təşkil olunur.

Xəbər lenti
0