18:38 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
403 0 0

Onu döyüb öldürüblər, yoxsa maşın vurub qaçıb?

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Binəqədi rayonunda naməlum şəraitdə Qarabağ müharibəsi veteranı və əlili, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Yerli KİV-lərin yaydığı məlumata görə, qazi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında, sözügedən rayonun Polis İdarəsinin 6-cı polis bölməsinin ərazisində döyülmə nəticəsində ölüb. Bildirilib ki, Əhmədov baş, boyun və bədənindən aldığı ağır zədələr nəticəsində aparıldığı xəstəxanada keçinib.

Prokurorluqdan verilən məlumata görə isə, KİV-də bu barədə yayılan informasiyalar əsassızdır, yəni Əhmədov döyülməyib: "Hazırda patoloqoanatomlar Əhmədovun cəsədi üzərində araşdırma aparırlar və tezliklə onun ölüm səbəbi məlum olacaq".

Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, M.Əhmədovu Bakı-Sumqayıt yolunda, Biləcəri enişi yaxınlığında tapıblar. Bədənindəki xəsarətlər göstərir ki, o, yol-nəqliyyat hadisəsinin qurbanı olub. Ehtimala görə, sürücü onu vuraraq hadisə yerindən qaçıb.

Bu hadisə ilə bağlı AR Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Təhqiqat davam edir.

Əlaqədar

Jurnalistin ölümü ilə bağlı baş prokurora müraciət edildi
Ölümündən iki ay sonra qəbirdən çıxarıldı və hamını şoka saldı
Ehtiyatsızlıq Yevlax sakininin ölümünə səbəb oldu
Allahverənovun atasının ölümü sui-qəsddir?
Meydanda dəhşət anları: Qardaşını xilas etmək üçün ölümə atıldı – VİDEO
Teqlər:
Binəqədi Rayon Prokurorluğu, Əhmədov Mübariz Şamil oğlu, Qarabağ müharibəsi veteranı, Binəqədi rayonu, Sputnik Azərbaycan, ölüm, polis

Əsas mövzular