Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda başlayan yanğın söndürülüb

© Sputnik / Murad OrujovСотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива
Сотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi deyilir

BAKI, 6 fevral — Sputnik. Bu gün Bakının Nərimanov rayonunda, Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda başlayan yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Сотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda yanğın başlayıb, ətrafı duman bürüyüb

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda dəmir tullantılarının qəbulu məntəqəsinin ərazisində məişət tullantıları və rezin qalıqları (şinlər) yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə yollanıb və qısa zamanda yanğın söndürülüb.

Ərazidə yaşayan sakinlər də yanğının söndürüldüyünü təsdiqləyiblər. Onların sözlərinə görə, yanğın zavodda deyil, zavodun yaxınlığındakı məişət tullantıları atılan ərazidə baş verib. Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi deyilir.

Xəbər lenti
0