Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda baş verən müəmmalı hadisənin təfərrüatı ortaya çıxdı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının uşağı ilə birlikdə intihara cəhd etməsinin səbəbi məlum olub

BAKI, 5 fevral — Sputnik. Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihara cəhd göstərib. Amma Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun bu cəhdinin qarşısını alıblar. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Binanın damında dayanmış qız, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda qadın azyaşlı övladı ilə birlikdə intihar etmək istəyib

Hadisə bazar günü axşam Nərimanov rayonu ərazisində baş verib. Qadın uşağı ilə birlikdə yüksəklikdən tullanmaq istəyib. Amma xoşbəxtlikdən bunu etmək cəhdi baş tutmayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb. Əməliyyat uğurla başa çatıb.

Nərimanov rayon hüquq-mühafizə orqanlarından Sputnk Azərbaycan-a verilən məlumata görə, özünə qəsd etmək istəyən qadın Göyçay rayonunda anadan olmuş, hazırda Bakıda yaşayan, 1974-cü il təvəllüdlü Salahova Mətanət Abbasağa qızıdır. Onun uşağının isə 4 yaşı var.

Qadını bu radikal addımı atmağa vadar edən səbəb artıq məlumdur. Qadın ilkin dindirmə zamanı bildirib ki, bu yolla bir müddətdir yaxın əlaqələri olan kişiyə təsir etmək istəyib. Bu əlaqədən onun övladı dünyaya gəlib.

İndi qadın istəyir ki, kişi uşağın atası olduğunu rəsmən qəbul etsin və onları himayəsinə götürsün.

Nərimanov Rayon Polis İdarəsi sözügedən kişini tapıb. O etiraf edib ki, M.Salahova ilə yaxın əlaqələri olub, amma uşağın ondan olduğuna əmin deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxslərlə söhbətlər apararaq onların münasibətlərinə aydınlıq gətirməyə çalışır.

Xəbər lenti
0