Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda müəmmalı olay: Polis vətəndaşlara müraciət edir

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
On iki gün əvvəl yoxa çıxan qadın: "Rüfət, səni sevirəm, amma gedirəm"

BAKI, 31 yanvar — Sputnik. On üç gün əvvəl Göyçay rayonunda 29 yaşlı qadın evdən çıxaraq geri qayıtmayıb. Sputnik Azərbaycan xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki evlərindən çıxaraq geri qayıtmayıb.

© Photo : Ailənin şəxsi arxivindənLətifova Türkan
Lətifova Türkan - Sputnik Azərbaycan
Lətifova Türkan

Bir uşaq anası olan Türkan Lətifova şəkərli diabetdən əziyyət çəkirmiş. O, gedərkən istifadə etdiyi dərman preparatlarını, şəxsiyyət vəsiqəsini və geyim əşyalarını özü ilə götürməyib.

Rüfət Məmmədov Oğuz rayonu Bayan kənd sakini olan Türkan Lətifova ilə ötən il ailə qurub. Onun sözlərinə görə, evdə heç bir söz-söhbət olmayıb. Həyat yoldaşını xəstəliyi ilə bağlı müalicə etdirirmiş.

Məmmədov yoldaşının itkin düşməsi barədə deyib: "Yanvarın 18-də işdə idim. Nahar vaxtı Türkan zəng edərək dedi ki, evdə yemək hazırlamışam, gəlib yeyərsən. Mən evə gələndə Türkan yox idi. Evdə onun məktubunu tapdım. Türkan məktubda "Rüfət, səni sevirəm, amma gedirəm" sözlərini yazaraq evi tərk edib".

R.Məmmədov şahidlərin dediklərinə əsasən bildirib ki, həyat yoldaşı tanımadığı bir qadınla avtobusa minərək Bakı istiqamətinə gedib. Araşdırma zamanı Türkan Lətifovanın Oğuz rayonunda yaşayan valideynlərinin də yanına getmədiyi məlum olub.

Rüfət Məmmədov həyat yoldaşının səbəbsiz yerə naməlum istiqamətə getməsi və geri qayıtmaması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Polis Şöbəsi 4 gün öncə Türkan Lətifovanı itkin düşən şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb.

Qadın evdən çıxarkən əynində cins şalvar, sarı gödəkcə və idman ayaqqabısı olub. Onu görən şəxslərdən 0202740491, 051-574-00-20, 0505844667 nömrəli telefonlara zəng etmək xahiş olunur.

Xəbər lenti
0