Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanacaqdoldurma məntəqəsinə basqın edilməsi barədə rəsmi məlumat

CC0 / Skitterphoto / Gas stationYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və onlardan biri saxlanılıb

BAKI, 26 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə basqın edilməsi ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Maskalı şəxslər evə basqın edib qadını döyərək pul aparıblar

Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki "Dəhnə petrol" yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri — Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli "isti izlər"lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus "VAZ-21074" markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır".

Xəbər lenti
0