Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzlu gənc oğurluğa girmək istədi, görün başına nə gəldi

CC0 / lechenie-narkomanii / rubberВор, фото из архива
Вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

BAKI, 22 yanvar — Sputnik. Tovuzda bir gənc yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumatlara görə, hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0