01:29 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
419 0 0

Rusiya və Azərbaycanda axtarışda olan kişi və qadın istirahət mərkəzində saxlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Cinayət törətdiklərinə görə axtarışda olan iki nəfər Masallı rayonu ərazisində saxlanılıb.

Namiq Feyzullayev
© Sputnik / Rahim Murad
Namiq Feyzullayev

Sputnik Azərbaycan-ın Cənub bürosunun məlumatına əsasən, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri M.Talışxanov küçəsində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü rayonun Hişkədərə kənd sakini Namiq İmamverdi oğlu Feyzullayev və Azərbaycan Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Elza Teymur qızı Yarıyeva saxlanılıb. 

Elza Yarıyeva
© Sputnik / Rahim Murad
Elza Yarıyeva

Baxış keçirilən zaman N. Feyzullayevin üzərinə 11.900 qram narkotik vasitə olan tiryək, həmin kotecdə olan dolabdan isə ona məxsus ümüumi çəkisi 365.0 qram narkotik vasitə qurudulmuş marixuana, 0.293 qram psixotrop maddə metafetamin, 1.313 qram narkotik vasitə heroin aşkar olunub. Həmin kotecdə E.Yarıyevaya məxsus əl çantasından 1.396 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb, istintaq davam etdirilir.   

Əlaqədar

İsrail Türkiyə vətəndaşlarını həbs etdi
Böyük əməliyyat: “Mafiya babaları” həbs edildi
Cəsur qızı 14 illik həbs cəzası gözləyir
Röyanın keçmiş ərinin bütün əmlakı həbs edildi
Azərbaycanlı müğənninin həbs müddəti uzadıldı
Teqlər:
Masallı Rayon Polis Şöbəsi, Nizami Rayon Polis İdarəsi, Namiq Feyzullayev, Elza Yarıyeva, Talışxanov küçəsi, Masallı rayonu, Rusiya Federasiyası

Əsas mövzular