Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda ruhi xəstə iki nəfəri yaraladı

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib, 2 nəfər yaralanıb

BAKI, 20 yanvar — Sputnik. Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.

Xəbər lenti
0