Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Spirtli içki və siqaret əməliyyatı keçirilib

© Photo : DGK Mətbuat XidmətiAksiz markası olmayan məhsullar aşkar edilib
Aksiz markası olmayan məhsullar aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobildə 29 ədəd müxtəlif markalı spirtli içki, 4200 ədəd siqaret aşkar edilib

BAKI, 18 yanvar — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.

narkotik - Sputnik Azərbaycan
HADİSƏ
İran sərhədindən başlayan narkotik əməliyyatı paytaxtadək uzanıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən "VAZ 21 099" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sərnişini Azərbaycan Respublikası vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra "Sınıq Körpü" gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik butılkalarda 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib.

Xəbər lenti
0