Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kənddə kütləvi tələfat yaşanır, camaat təşviş içərisindədir

© Sputnik / Ilham AhmadovOğuzun Xaçmaz kəndi
Oğuzun Xaçmaz kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd sakinləri iddia edirlər ki, vaxtında addım atılmasa, proses daha da genişlənəcək

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Kənd sakini Royal Teymurov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, təkcə onun təsərrüfatında gün ərzində 3-5 toyuq naməlum səbəbdən tələf olur.

İndiyədək kənddə, ümumilikdə 30-dan artıq ev quşu tələf olub. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyevə müraciət edib və tələf olmuş toyuqlardan nümunələr götürülərək rayon və zona baytarlıq idarələrinə göndərilib.

© Sputnik / Ilham AhmadovOğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb
Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb - Sputnik Azərbaycan
1/4
Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb

2/4
Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb
© Sputnik / Ilham AhmadovRayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyev
Rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyev - Sputnik Azərbaycan
3/4
Rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyev
© Sputnik / Ilham AhmadovKənd sakini Royal Teymurov
Kənd sakini Royal Teymurov - Sputnik Azərbaycan
4/4
Kənd sakini Royal Teymurov
1/4
Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb
2/4
Oğuzun Xaçmaz kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb
3/4
Rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyev
4/4
Kənd sakini Royal Teymurov

Hadisə ilə bağlı ümumi kənddə narahatçılıq var. Kənd baytarının baş verənləri havaların kəskin soyuması və qurd xəstəliyinin olması ilə izah etməsinə baxmayaraq, kənd camaatı problemin çoxdan mövcud olduğunu, lakin soyuqların düşməsi ilə daha da aktivləşdiyini bildirir.

Qeyd edək ki, 10 minə yaxın əhalisi olan Xaçmaz kəndində 25 mindən artıq ev quşu var və toyuqların kütləvi şəkildə tələf olması ciddi bir xəstəliyin olması ehtimalını yaradır. Kənd sakinləri iddia edirlər ki, vaxtında addım atılmasa, proses daha da genişlənəcək. İnsanların bu narahatlığının əsas səbəblərindən biri də Türkiyədə "quş qripi"nin aşkarlanmasıdır.

Xəbər lenti
0